Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstənin qarnında unudulan cərrahi alət 18 aydan sonra çıxarıldı

  • 2023.09.11 12:12
  • 1015 Baxış
Xəstənin qarnında unudulan cərrahi alət  18 aydan sonra çıxarıldı
Yeni Zelandiyada qarnında cərrahi alət unudulan qadın 18 aydan sonra əməliyyat olunub.

Medicina.az xəbər verir ki, Oklend şəhərində 2020-ci ildə keysəriyyə əməliyyatı olunan qadının qarnında cərrahi alət unudulub.

Unudulmuş alət doğuşdan təxminən 18 ay sonra qadının qarnından çıxarılıb.

Qadın qarın nahiyəsində şiddətli ağrılardan şikayətlənərək bir neçə dəfə həkimə, o cümlədən təcili yardıma müraciət etdikdən sonra qarın boşluğunun KT müayinəsində alət aşkarlanıb.

Müayinələrdən sonra Oklend Rayon Səhiyyə Şurasının xəstə hüquqları qaydalarını pozduğuna qərar verilib.