Yeni Zelandiyada qarnında cərrahi alət unudulan qadın 18 aydan sonra əməliyyat olunub.
Bakupost.az xəbər verir ki, Oklend şəhərində 2020-ci ildə keysəriyyə əməliyyatı olunan qadının qarnında cərrahi alət unudulub.
Unudulmuş alət doğuşdan təxminən 18 ay sonra qadının qarnından çıxarılıb.
Qadın qarın nahiyəsində şiddətli ağrılardan şikayətlənərək bir neçə dəfə həkimə, o cümlədən təcili yardıma müraciət etdikdən sonra qarın boşluğunun KT müayinəsində alət aşkarlanıb.
Müayinələrdən sonra Oklend Rayon Səhiyyə Şurasının xəstə hüquqları qaydalarını pozduğuna qərar verilib.