Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kimlərə burun əməliyyatı etmək olmaz? - DİQQƏT! – VİDEO

  • 2023.11.24 15:04
  • 20796 Baxış
Kimlərə burun əməliyyatı etmək olmaz? - DİQQƏT!  – VİDEO

Bu gün burun estetik əməliyyat etdirən pasiyentlərin çoxu nəticədən razı qalmır, nəfəs alma problemi, sonradan burunda əyilmə ilə üzləşir.


Uğursuz burun əməliyyatlarının sayı artdıqca, təkrari-revizion əməliyyatların da sayı artır.
Bəs günü gündən artan rinoplastik cərrahların içində necə seçim edək?

“Medicina”ya açıqlamasında məşhur LOR, rinoplastik cərrah Məzahir Quliyev uğursuz burun nəticələrinin səbəblərindən danışıb.


“Dünya təcrübəsində rinoplastikada 5-10% qədər revizion əməliyyatların olması qeyd olunur və bu normaldır.


Amma həkim gənc, təcrübəsiz, öz üzərində təkmilləşməyən həkim olduqda və ya digər həkimlərə nisbətdə ucuz qiymətlə daha çox pasiyent qəbul etdikdə, bu rəqəm artır.

Hətta 10 xəstənin 5-də təkrari müdaxiləyə ehtiyac ola bilir.

O, 5-6 nəfər illərlə problem yaşayır, başqa həkimlərə müraciət edir.Uğurlu alınan o 3-4 nəfər isə öz yaxınlarını və çevrəsini yenə bu həkimə göndərir, beləcə, zərərçəkənlərin sayı artır.

Burda həkimdən başqa, pasiyentlərin də üzərinə məsuliyyət düşür. Həkimi yaxşı araşdırıb, onun müayinəsində şəxsən olub, problemini bilib, həkimlə iskləri müzakirə edib, özü həkim barədə qərar verməlidir. Dost, rəfiqə, sosial şəbəkədə rəylərlə həkim seçmək olmaz.

Bizə onlayn çox yazırlar, media üzərindən sual verirlər, ilk sual da əməliyyatın qiymətini soruşurlar.


Məncə, qiymət məsələsi ən son soruşulacaq məsələdir. Hər şəxs həkimi ilə şəxsən görüşməlidir. Pasiyentin psixoloji problemi varsa, heç onu əməliyyata almaq lazım deyil, onu öncə psixoloqa yönləndirmək lazımdır”.

Həkimin ətraflı açıqlaması videoda




Aygün Musayeva
Medicina.az