Xəstəxanaya aparmaq əvəzinə xəstəyə keşiş çağırmağı məsləhət gördü
Medicina.az xəbər verir ki, Rusiyanın Altay vilayətində yerləşən xəstəxanalardan birində qəribə hadisə baş verib.
Belə ki, xəstəxanaya gələn yaşlı pasient kəskin mədə qanaxmasıyla həkimə müraciət edir. Həkim ona baxmaqdan imtina edir. 68 yaşlı qocanın nəvəsinə keşiş dəvət etməyi təklif edir.
Pasientin yaxınının sözlərinə görə, təqaüdçü kişi xəstəxanaya gedərkən təngənəfəs olur və qan qusurdu.
Baxmayaraq ki, kişi ağrılar səbəbiylə həkimin suallarına cavab verə bilmirdi, həkim xəstəni müayinə etmək yerinə, onun vəziyyəti ilə bağlı suallar verirdi.
Nəvəsi babasının vəziyyəti barədə dəqiq məlumat vermək istədikdə isə həkim onun sözünü kəsib, keşiş çağırın deyib.
Hazırda isə 68 yaşlı kişi xəstəxanadadır. Vəziyyəti kritik olaraq qalır.
Qeyd edək ki, Rusiya Federasiyasının Altay vilayətində bu hadisə ilə bağlı istintaq başladılıb.