Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstəliklərin dərmanı - Gündə 1 qaşıq yeyənlər daha uzun yaşayır

  • 2023.04.03 11:38
  • 2721 Baxış
Xəstəliklərin dərmanı -  Gündə 1 qaşıq yeyənlər daha uzun yaşayır
Bədənimizi xəstəliklərə qarşı qorumaq və müqaviməti artırmaq üçün balanslaşdırılmış qidalanmaya ehtiyacımız var. Araşdırmalar nəticəsində məlum olub ki, kərə yağı orqanizmi qoruyur və immuniteti gücləndirir.


Bakupost.az kərə yağının faydalarını təqdim edir:

Kərə yağı və süd məhsullarında olan C15:0 doymuş yağı bir çox xəstəliklərə qarşı mühüm rol oynayır.
Tədqiqatlar göstərir ki, tam yağlı süd məhsulları, bəzi balıq növləri, yosunlar və göbələklər C15:0 birləşməsinin səviyyəsini artırmağa kömək edə bilər.

Mütəxəssislər sağlam bədən üçün gündə bir xörək qaşığı yüksək keyfiyyətli kərə yağı və bir porsiya tam yağlı süd məhsullarından çox istifadə etməyi tövsiyə edib.

Kərə yağının tərkibindəki qısa və orta zəncirli yağ turşuları bağırsaqda yaşayan patogen mikroorqanizmlərlə mübarizə aparır.

Orqanizmi ürək-damar xəstəlikləri və xərçəngdən qoruyur, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.
Kərə yağı tərkibindəki vitaminlər sayəsində sümük sağlamlığını yaxşılaşdırır.

Tövsiyə olunan miqdarda qəbul edildikdə piylənməyə qarşı profilaktik təsir göstərir.

Tərkibindəki Omeqa 3 və Omeqa 6 yağ turşularının təsiri ilə beyin inkişafını təmin edir.

Kərə yağında A, E, D və K vitaminləri, həmçinin selen, mis, sink, xrom və manqan kimi antioksidant minerallar var. 1 porsiya, yəni 30 qram kərə yağı təxminən 226 kaloridir.

Lakin balanslı şəkildə istifadə edilməlidir. Həddindən artıq istifadə etmək problemlərə səbəb ola bilər. Yeməklərdə davamlı deyil, müəyyən vaxtlarda istifadə etməlisiniz. Eyni zamanda, hər səhər yeməkdə istifadə edilməməlidir.