On ildən sonra viruslar, xərçəng, yaşlanma, radiasiya və donmaya həssas olmayan immunitet hüceyrələrinin yaradılması mümkün olacaq.
Medicina.az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, bakteriyaların genomunda 321 dəyişiklik edilib, ondan sonra onların hüceyrələrində viruslara qarşı immunitet yaranıb.
Harvard Tibb Məktəbinin professoru George Church müsahibəsində bildirib ki, "İnsan genində hər bir proteinin yenidən proqramlaşdırılması üçün təxminən 400 min dəyişmə lazım olacaq”.
Genetiklərin fikrincə bu proqramlaşdırma ilə insan genlərini radiasiya, yaşlanma və soyuqdan qorunmaq mümkün olacaq. Eləcə də xərçəng riskini də əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.