Birləşmiş Ərəb Əmirliklərinin alimləri kovid, qrip və ağır infeksiyalardan sonra davam edən asteniya vəziyyətindən çıxmaq ilə bağlı araşdırma edib.
“Medicina” xəbər verir ki, nəticələr Healthcare dərgisində çap olunub.
Tədqiqatda 40 xəstə iştirak edib. Onları 3 qrupa bölüblər.
Birinci Londrina Activities of Daily Living adlı reabilitasiya protokoluna əməl edib.
İkinci qrup hərəkətliliyi bərpa etmək üçün fizioterapiya keçib.
3-cü qrup hər gün 30 dəqiqəlik yürüşə əməl edib.
Eksperimentin sonunda alimlər onların ürək, ağciyər funksiyalarını yoxlayıb, qanda oksigen səviyyəsi ölçülüb.
Ən yaxşı nəticə 1-ci qrupda olub: evdə ev işləri görən, şəxsi gigiyena qaydalarına əməl edən, rutin ev işi, bişirmə ilə məşğul olanların fiziki göstəriciləri daha yaxşı olub.
Xəstəlikdən sonra fiziki bərpa üçün ev işləri görüb, xoşladığınız yeməkləri bişirin.
Aygün Musayeva