Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstəliklərdən qorunmağın SİRRİ - Bol meyvə, sağlam həyat

  • 2018.10.17 13:11
  • 3039 Baxış
Xəstəliklərdən qorunmağın  SİRRİ - Bol meyvə, sağlam həyat



Mütəxəssislər payız fəslində xəstəliklərdən qorunmaq üçün meyvə yeməyi məsləhət görürlər.

 

Medicina.az xəbər verir ki, meyvələr immunitet sistemini gücləndirməklə yanaşı ürək sağlamlığı üçün də olduqca faydalıdır. 

 

Məsələn payız-qış fəslinin ən gözəl meyvələrindən biri portağaldır. C vitamini ile bol olan meyvə qrip xəstəliyinin müalicəsində əvəzedilməz rola malikdir.

 

Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir.

 

 ÐŸÐ¾Ñ…ожее изображение



Soyuqdəyməyə və qripə yardım edir



Öskürəyi azaldır



Ürək xəstəliklərindən və iflicdən qoruyur



Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir



Mədə xərçənginin qarşısını alır



Təzyiqi normallaşdırır



İçindəki minerallar dərinin quruyub, qırışmasının qarşısını alır



Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir



Həzmi asanlaşdırır



Damarların kirəclənməsinin qarşısını alır



Bağırsağı yumşaldır



Dərini təravətli edir



Səhər saatlarında qəbul edilən bir stəkan portağal suyu günə gümrah başlamaq ve bir çox xəstəliklərdən qorunmaq üçün əla vasitədir.



Heyva

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Heyva



Əsasən ürək, ağciyər, boğaz, göz, bağırsaq ve ağız boşluğu Xəstəliklərində istifadə edilir. Bundan əlavə heyva cinsi gücü artırır. Dodaq çatlamasına dərmandır. Tərkibi protein, şəkər, A, B2 ve C vitamini, dəmir kimi minerallarla zəngindir.



Sinir sistemini gücləndirir



Həzmə kömək edir



Dərini, dırnaqları parlaq ve sağlam edir



Qrip ve soyuqdəyməni sağaldır



Ağızdan gələn qoxunu aradan qaldırır



Heyva çiçəyini qaynadıb içmək anaların südünü artırır, üreyi gəncləşdirir ve baş ağrısına müsbət tesir edir



Ağızdakı yaralar, boğazdakı şişlik ve ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən qarqara kimi istifadə etmək olar



Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir



Banan

 

Похожее изображение



Bu meyvə qan dövranını tənzimləyir, yüksək təzyiqə müsbət təsir edir. Tərkibindəki şəkər, nişasta sayəsində dözümlülük yaradır. Banan idmançıların bir nömrəli enerji qaynağıdır

 

Armud 

 

Картинки по запросу Armud




Leykositləri gücləndirən elementlərlə zəngin olan armud eyni zamanda qanda yaranan endogen və ekzogen maddəllərinin təsirindən qoruyur.



Mis və pektin maddələrini özündə birləşdirən armud qaraciyər və böyrəyin işləməsinə müsbət təsir göstərir



Faydaları saydıqca tükənməyən armud mürəbbəsi böyrək və sistit xəstəlikləri üçün də olduqca faydalıdır



Payızda-xəstəliklərin ən çox artığı bir vaxtda mütəxəssislər qırmızı soğan, kələm, brokoli, qırmızı alma, qaragilə kimi faydalı meyvə və tərəvəzlərə üstünlük verməyi məsləhət görür.