Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlam adamın böyrəklərini öldürən səbəblər – Alimlər açıqladı

  • 2019.05.11 17:41
  • 2511 Baxış
Sağlam adamın böyrəklərini öldürən səbəblər –  Alimlər açıqladı
Uzun müddət sağlam böyrəyi olduğunu düşünən və heç bir problem yaşamayan insan günlərin bir günü böyrəklərinin fəaliyyətinin ciddi təhlükə altında olması ilə üz-üzə qalar. Ağlınıza gəlməyən səbəblərdən böyrəkləriniz çökə bilər. Məsələn, böyrəklərinin öz yerindən düşməsi, sallanması, işinin pozulmasına aşağı kalorili pəhriz səbəb ola bilər.


Medicina.az xəbər verir ki, alimlər böyrəkləri sıradan çıxaran bəzi məqamları sadalayıb.


-Dəbdə olan pəhrizlər

-Zülal tərkibli qidaların çox qəbulu – bu zaman böyrəklərdə daş əmələ gəlir


-Alkoqol, spirtli içki – qanı qatılaşdırır, bu da böyrəklərin filtrasiyası üçün daha çox qədərindən artıq çalışması və əlavə yük götürməsinə səbəb olur

-Bir çox vitaminlərin – B, C, D qrup vitaminlərinin defisiti böyrəklərdə iltihabi prosesi işə salır. 


-Eləcə də idman, bel, kürək əzələlərini möhkəmlədən idman, trenajor qarın nahiyəsindəki orqanların və sidik sisteminin hemodinamikasını artırır. Bu zaman ayaqları da məşq etdirmək lazımdır ki, böyrəklər mayeni qova bilsin, durğunluq və ödem yaranmasın.


Həkimlər bildirir ki, insan orqanizminin səsini dinləməlidir. Böyrəklər vəziyyətin qəlizləşdiyinin siqnallarını öncədən verir: 


Əgər sidiyin rəngində tündləşmə, sidikdə qan, sutkada sidiyin azalması, beldə, qasıqda ağrı, hərarət, ayaq, üz və əllərin şişkinliyi, ağızda quruluq kimi əlamətlərdən azı 3-ü varsa, təcili uroloqa müraciət etmək və müayinələrdən keçmək lazımdır.