Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədədə xora, eroziya xərçəngə necə çevrilir? –Ən təhlükəli məqam

  • 2019.09.24 16:09
  • 54745 Baxış
Mədədə xora, eroziya xərçəngə necə çevrilir?  –Ən təhlükəli  məqam

Əgər mədədə xora, eroziya, yara varsa, o vaxtında aşkar olunub müalicə edilməsə, həyati təhlükəli vəziyyətə-yəni mədə xərçənginə kimi gətirib çıxara bilir. Bunu illərdir həkimlər pasiyentlərə bildirir.


Sürətlə dərinləşən xoranın ən ağır mərhələsi perforasiyadır. Bu zaman mədə divarı xaricə deşilir və orda olan şirə, möhtəviyyat, qida qalıqları boşluğa tökülür. Dəhşətli ağrı başlayır, xəstə dözülməz ağrılarla xəstəxanaya çatdırılır.


Perforasiya qəfil baş verir, əgər bi dəfə oldusa, deməli təkrarlanacaq və qanayacaq. 


Medicina.az mədə perforasiyanın əlamətlərini təqdim edir.


-Daha çox acı, konserv, quru yeməklər, fast-food yedikdə olur

-qəflətən göbəyi də əhatə etməklə qarının yuxarısından kəskin ağrı xəstəni ikiqat edir

-qarın əzələləri çox gərginləşir, lövhəyəbənzər qarın yaranır

-Ağrılar ciddi təcili həkim yardımı və xüsusi iynələr olmasa dayanmır

-Vaxtında kömək etmədikdə xəstə irinli peritonitdən ölə bilər


Gənc insanlarda da çox rast gəlinir. Ağrı kəsən kimi və bir qədər müalicədən sonra xəstə yaxşılaşdığını güman edib müalicəni sona kimi çatdırmır və unudur. Ona görə xəstəlik xronikləşir və bu xoralar sonradan asanlıqla mədə xərçənginə keçid edir.


Mədə xorası qanaxması


Mədə və 12 barmaq bağırsaq xoralarında zədələnmiş orqanda daxili qanama başlayır. Xora divarın yarasıdır. Müalicə olunmadıqca və zərərli qidanın təsiri ilə o dərinləşir, divarı yeyir və ordakı damarlara çatıb onları deşir. Mədədə damar çoxdur, ümumiyyətlə mədə qan dövran edən orqandır. Ona görə burda qanama riski çoxdur və asandır. 


Mədə qanaması xoralı mədəsi olan insanın səhərlər acqarına dalbadam siqaret çəkməsi, kofe içməsi, eləcə də mədəni uzun müddət boş saxlaması, işdə əsəbləşməsi səbəbindən ani başlaya bilər.


Simptomları:


-Qəfil halsızlıq, sanki köməksiz vəziyyətdə ölürmüş kimi hiss

-Başgicəllənmə

-Soyuq tər

-Yuxunun gəlməsi

-Qorxu

-Ürək nəbzin sürətlənməsi

-Tünd qəhvəyi rəngdə fontan kimi qusuntu

-Nəcisi qara rəng alması


Ən təhlükəlisi iri damarların qanamasıdır. 15 dəqiqə ərzində xəstə litrlə qan itirə bilər. Yardım olunmasa və qanama saxlanılmasa xəstə 1 gün ərzində ölür. 

Mədə xərçəngi mədənin illərlə davam edən xroniki yara – xorasının şişə çevrilməsidir. İlk başda xərçəng şişinin səthi mədə xorasına çox bənzəyir, hətta endoskopik müayinədə belə həkim çətin ayrıd edir. 


Xora, yara, eroziya bədxasəlli  xoraya çevrilir. 


İlk əlamətləri: əgər xorada mədədə ağrı yeməkdən sonra sakitləşirsə, xərçəngdə əksinə yeməkdən sonra ağrı daha da artır və ağrılar fasiləsiz olur.

Həzm etmə pozulur, sevdiyiniz qidalara ikrahla yanaşırsız, iştah küsür, arıqlayırsız, bağırsaqlar pozulur, halsızlıq və s.


Bu əlamətlərin istənilən biri varsa siz mədənizi ən azı ildə bir dəfə endoskopik dəqiq müayinə etdirib qastroenteroloq və onkoloq müşahidəsində olmalısız ki, xəstəlik olarsa, elə birinci dərəcədə aşkar edib, sadəcə cərrahi əməliyyatla bu bəladan xilas olasız

 

 


Mədədə xora, eroziya xərçəngə necə çevrilir?  –Ən təhlükəli  məqam
Mədədə xora, eroziya xərçəngə necə çevrilir?  –Ən təhlükəli  məqam