İldə 1 milyon 340 min insan hepatit virusundan ölür.
Medicina.az xəbər verir ki, bu barədə məlumat "Lancet” tibb jurnalında dərc olunan bir qrup alimin hesabatında əks olunub. İnsan həyatı üçün təhlükəli viruslarla bağlı hesabatda qeyd olunur ki, ən öldürücü virusun hepatit virusudur.
Alimlərin fikrincə, onların ölümünə təkcə xəstəliyin özü deyil, onun törətdiyi qaraciyər sirrozu, xərçəngi və digər ağırlaşmalar da səbəb olub.
Hesabatda ikinci ölümcül virus kimi ildə 1 milyon 200 mindən çox insanın həyatına son qoyan vərəm, üçüncü yerdə isə hər il 1 milyondan çox adamın ölümünə səbəb olan HİV virusu göstərilir.
Ölümcül viruslar sıralamasında dördüncü yerdə hər il 719 min insanı ölümə aparan malyariya gəlir.
Qeyd edək ki, həftədə bir dəfə çıxan "Lancet” jurnalı dünyanın ən nüfuzlu tibb nəşrlərindən sayılır, Londonda, Nyu-Yorkda və Pekində redaksiyaları var.