Yaz-yay aylarında bədən səthinin qaşınması, qızarması, hətta yaralar əmələ gəlməsi dərəcəsində simptomlar əhalini narahat edir. Çox insan bunu allergiyaya, istiyə bağlayır. Lakin bədəndə qaşınmanın əsəb, sinir pozulması, qoturluq, heyvanlardan keçən xəstəliklər, autoimmun problemlər kimi dərin səbəbləri ola bilər.
Medicina.az bədən dərisinin qaşınmasının 5 səbəbini və hansı müayinədən başlamalı olacağınızı araşdırıb.
Qaşınmanın xəstəliyə bağlı əlamətləri:
-Dəri normal görünsə də, səthi zədələnməsə də, qırmızı görünür
-Səthi nahamarlaşır
-Ləkələnir
-Qabıqlanır
-Qaşıdıqda dırnaq izi və sıyrılmadan müxtəlif yerlərdə quruma, qanaxma, qaysaq
-Suluqlar, şişkinlik, pulcuqlar
Möhkəm qaşıdıqda sıyrıq və dırnaq yerindən dərinin alt qatına infeksiya keçə bilir.
Qaşınma əvvəlcə bədənin kiçik hissələrində, baş, ayaq, boyun, əllərdə başlayır, daha sonra bütün bədənə yayılır.
Bəzən qaşınma uzun və intensiv davam edir, insana rahatlıq vermir. Əgər insan daim dırnaqları ilə dərini qaşıyıb cızırsa, qanadırsa, dəri qıcıqlanaraq, epidermisi zədələnir və kiçik yaralar əmələ gəlir.
Ən çox yayılmış səbəblər:
-Mövsümü və digər allergiyalar- dərman, qida, ətir və s.
-Həşərat sancması, dişləməsi
-Dəri xəstəlikləri – dermatit, ekzema, qoturluq, psoriaz
-Şəkərli diabet
-Böyrək problemləri, hətta böyrək çatışmazlığı
-İnfeksiyalar: qızılca, məxmərək, göbələk
- Xarici təsirlər: bitkilər, torpaq, toz gənələri
-Daxili xəstəliklər: anemiya, sirroz, öd yollarının tutulması, öd daşı, leykemiya, QİÇS, dağınıq skleroz, böyrək xəstəlikləri ciddi qaşınma verir.
-Sinir, əsəb xəstəlikləri: depressiya, nevroz,stress, kəskin qorxu, hərəcan
-Dərmanların əks təsiri kimi də təlimatlarında dəridə qaşınma qeyd olunub- antibiotiklər, göbələk dərmanları, narkotik dərmanlar, qıcolma dərmanları və s.
-Hamiləlik – hormonal dəyişiklik dəridə qaşınma verir
Nə zaman həkimə müraciət etməli:
Əgər dəridə qaşınma 1 həftədən çox davam edirsə, allergiya dərmanları fayda vermirsə, qaşınma gündən-günə kəskinləşirsə, dəriyə infeksiya düşübsə, qaşınmadan əlavə xəstədə yorğunluq, sidikdə dəyişiklik, qızdırma, titrətmə varsa, həkimə müraciət etmək lazımdır.
Hətta kəskin olmayan, ara-sıra gəlib gedən qaşınma 3-4 aydan sonra da çəkilmirsə, o zaman bir neçə həkimdə müayinə olunmaqla, altda yatan səbəbi tapmaq lazımdır.
Hansı həkimə üz tutmalı?
İlk növbədə dermatoloq, dermatonevroloq, dəri-zöhrəvi ixtisaslı həkimə müraciət edirsiz.
Vaxtında müayinə və müalicə olunmadıqda, qaşınma xronikləşir, dəri infeksiyalaşır, çapıqlar, ləkələr əmələ gəlir.
Müayinə zamanı həkim anamnez toplamaq üçün müəyyən suallar verir: neçə müddətdir davam edir, hər hansı qıcıqlandırıcı faktorun olub-olmaması, ev heyvanı saxlanması, dərman qəbulu, əlavə xəstəliklərin olub-olmamasını soruşur.
Əlavə olaraq dərinin müayinəsi, qan analizi, allergenlərə analiz, biopsiya, qanda şəkərin yoxlanması, böyrəklər və qalxanvari vəzin USM-i təyin edilir.
Əgər xəstədə nevroloji səbəbdən qaşınma təsbit olunarsa nevroloq və psixiatra yönəldilir.
Salam bir aydi qasinma getmir sisdem maz allerqiya tabletler komek elemir ne etmek olar son zamanlar esebi olurdum birde heyecanlanmisdim ele biliremki ele onnan sonra bu hal bas verib xais edirem bir fikriniz varsa deyin
Rusiya
Salam,menimde topuqdan yuxari dizime qeder geceler qainir bir defe olur,sonra Kevin gedir,ancaq mende bu hal havalar soyuyanda olur.iki üç ay olur sonra öz özüne gedir
Mənim bədənim qawinir giciwme qawinma gəlir yatdiqm yerdə də yuxudan ayıldır soyuqdan isdiye gelende de qawinir
serroz xestesiyem /qasinmani hekimler mualice ede bilmir
Bədənimin ombadan aşağı hissəsində güclü qasinmalar baş verir dözülməz olur və qasiyan zaman qadağalara və siskinliklere həmçinin suluqlar və qabıq nece aradan qaldırmaq olar
Sal
Bədənimin müxtəlif nahiyələrində gecələr çox güclü qaşınmalar olur. Dözə bilmirəm
Salam menim iki kus mualice almisam dediler alergiyadi sonra qotur dediler en cox geceler yatanda bas verir en cox qasinma gonenme ciynimnen asagida qoltugumun yanlarinda olur ele bil ki iyne batirirlar doze bilmirem goynemeye cimib cixanan sonra bedenim daha cox qasinir xahis edirem mene bir cavab yazardiniz
Astara
Гашынма
Гашынма
bedende qasinma