Türkiyədə yaşayan Yüksel Sezgin adlı qadını ağcaqanad sancıb. Daha sonra qadında qızdırma, oynaq ağrısı,dalğalanan şüur, unutqanlıq kimi problemlər ortaya çıxıb.
Medicina.az xəbər verir ki, 57 yaşlı Y.Sezgin bundan sonra xəstaxanaya müraciət edib. Ondan qan nümunələri alınaraq müayinə edilib. Şüurunda dalğalanmalar olduğuna görə onu beyin tomoqrafiyası da çəkilib. Nəticədə qadında "Qərbi Nil Virusu" aşkarlanıb.
Bundan sonra iki ay müddətində qadın 2 ay müalicə olunub. Həkimin sözlərinə görə bu virusun dəqiq bir müalicəsi yoxdur. Lakin qarşısını almaq üçün nə lazımdırsa qadına tətbiq olunub. Təəssüf ki, qadının orqanizmi müalicəyə mesbət cavab verməyib və komaya düşərək dünyasını dəyişib.
Qeyd edək ki, "Qərbi Nil virusu" adlanan bu virus insana ağcaqanad vasitəsilə keçir. Belə insanların 70-80 fazində heç bir reaksiya verməsə də, digərlərində bu halsızlıq, qızdırma, qusma,oynaq ağrıları və sonda koma kimi reaksiyalar görünməyə başlayır.