Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstəliklə necə mübarizə aparmalı - Pəhriz tövsiyələri

  • 2020.03.27 13:17
  • 1938 Baxış
Xəstəliklə necə mübarizə aparmalı -  Pəhriz tövsiyələri
Virus və qızdırma ilə mübarizə aparırsınızsa, bu zaman pəhrizə də diqqətlə yanaşmalısınız.

Xəstəlik zamanı asan həzm olan qidalar və bol maye qıbul etmək lazımdır.


Bu dövrdə yağlı və ədviyyatlı yeməkləri tamamilə aradan qaldırmaq tövsiyə olunur. Fakt budur ki, onların həzm olunması üçün orqanizmin əlavə səyləri lazımdır. Həm də fast food və qazlı içkilərdən imtina etmək lazımdır. "Fast food" da olan bol miqdarda xolesterol və şəkər öskürəyi daha da artırır. Daha az süd məhsulu yeməyə çalışın. Süd məhsulları bədən temperaturunu artırmağa qadirdirlər.
Dənli bitkilərin sağlam qida hesab edilməsinə baxmayaraq, xəstəlik dövründə onlardan imtina etmək daha yaxşı olar. Tərkibindəki lifi həzm etmək üçün daha çox vaxt və enerji tələb olunur ki, bu enerjiyə də sizin virusla mübarizə üçün daha çox ehtiyacınız var.

Pəhrizə nə daxil edilməlidir?

Bu dövrdə toyuqlu şorbalara üstünlük verin. Xəstəlik zamanı orqanizmin tələb və ehtiyac duyduğu vitaminlər, minerallar, kalori və zülallardır. Şorbalar bədəni maye və elektrolitlərlə doyurur; bunlar öskürək və burun axmasına səbəb olan neytrofillərin təsirini məhv edən həll edici maddələrdir.

Qeyd etdiyimiz kimi, ümumi soyuqdəymə zamanı qrip simptomlarını yüngülləşdirən ən effektli vasitələrdən biri də isti çaydır. Qara çay boğazdakı bakteriyaların böyüməsini ləngidir.