Ayaq barmağı amputasiya olunan xalq artisti Ramiz Əzizbəyli hələ də yeriyə bilmir.
Medicina.az bildirir ki, bunu Yenicag.az-a açıqlamasında aktyor özü deyib:
"Hər gün həkim nəzarətindəyəm. Hələ də yeriyə bilmirəm. Həkimlər deyir ki, 3 aya sağalıb, yeriyəcəm. Bütün günü yatıram. Dostlar, qohumlar zəng edir, halımı soruşurlar. Amma çox darıxıram. Kinodan, yaradıcılıqdan uzaq yataq rejimində olan insan necə ola bilər?”