Qış aylarında yaranan xəstəliklərdən sonra çox zaman öskürək qalıcı hala gəlir. Hamı öskürəyin xəstəlidən qalma olduğunu düşünür. Lakin qalıcı öskürəyin səbəblərinin başqa xəstəlikdən ola biləcəyi kiminsə ağlına gəlmir.
Medicina.az-ın məlumatına görə, mütəxəssislər öskürəyin ciddi xəstəliklərin əlaməti ola biləcəyini bildirir. Qeyd olunur ki, öskürək yuxusuzluq, baş dönməsi, qusma, qabırğa qırıqlarına belə səbəb ola bilər. Memorial Ankara Xəstəxanası döş xəstəlikləri şöbəsinin mütəxəssisi Metin Özkan bu barədə danışaraq bildirib ki, 3 həftədə keçməyən öskürəklərin səbəbi mütləq araşdırılmalıdır.
"Öskürəyin akut, subakut və xronik olaraq 3 mərhələsi var. Sadə infeksiyadan sonra yaranan öskürək 1-2 həftə ərzində keçməlidir.
Öskürək zərərli bir vəziyyət deyil, əksinə müdafiə mexanizmidir. Səhhəti yaxşı olan insanlar da bir neçə dəfə öskürə bilərlər. Siqaret çəkməyən, xroniki ağciyər xəstəliyi olmayan birinin keçməyən öskürəyinin 3 səbəbi ola bilər. Bunlar astma, reflyuks, xroniki xəstəlik ola bilər.
Siqaretdən istifadə edənlər daha çox öskürür. Bu səbəbdən şikayətlərini ciddiyə almayan belə şəxslər həkimə müayinəyə əksər zaman getmirlər. Nəticədə isə ağciyər xəsrçəngi aşkar edilir və müalicə üçün gec qalınır.
Xroniki öskürəyə səbəb olan amillər isə aşağıdakılardır:
Ürək çatışmazlığı – bel üstündə yatan zaman öskürək artırsa, nəfəs darlığı yaranırsa, üzdə, gözdə ayaqlarda şişmələr meydana gəlirsə, pasiyent ürək çatışmazlığından şübhələnməlidir.
Ağciyər büzüşməsi – daxili ağciyər xəstəliyi olaraq adlandırılan və əksər zaman səbəbi bilinməyən bəzi xəstəliklərdə də öskürəklə yanaşı yorulma, əl, ayaq barmaqlarında uyuşma yarana bilər”.
Keçməyən öskürəklər zaman nə etməli?
"Həkim tərəfindən müayinə olunaraq dəqiq diaqnoz qoyulmalıdır.
Otağın havasını tez-tez dəyişdirin
Bol maye qəbul edilməlidir və ilıq içkilər seçilməlidir.
Siqaretdən istifadə edilməməli və edilən ortamdan da uzaq durulmalıdır”, deyə həkim qeyd edib.
Şəhanə Quliyeva