Xəstəlik və əməliyyatdan sonra tez və düzgün bərpa olmaq üçün nələr etmək lazımdır?
Bakupost xəbər verir ki, mütəxəssislər qanda leykositlərin miqdarına fikir verməyi tövsiyə edir.
İstənilən ağır xəstəlikdən sonra leykositlər, limfositlər düşür. Leykositlər isə proteindən ibarətdir, ona görə də menyuya zülallı qidalar daxil etmək lazımdır.
Bu ilk əvvəl ət bulyonu, çolpa, balıq, yumurta olmalıdır.
Sağalmanın müddəti bağırsaqların işindən asılıdır. Dərmanlar və antibiotiklər bağırsaq mikroflorasını dağıdır. Onu bərpa etmək üçünsə fermentləşdirilmiş qidalar lazımdır.
Bunlar kefir, qatıq, duzlu kələm, şoraba pomidor və xiyardır.
Xəstə gündə 1 litr yarım qazsız mineral su içməlidir.
Xəstə bəzi vitaminlərdən analiz verib, defisiti aradan qaldırmalıdır. Adətən xəstəlikdən sonra C, D, sink, maqniy, dəmir defisiti olur.
Un məmulatı, şəkər isə azaldılmalıdır. Əvəzinə quru meyvələr, çərəzlər yeyin.
Aygün Musayeva