İpoxondriyası olanlar insanlar digər insanlardan daha çox xəstəlikdən qorxur, daim özündə xəstəlik axtarır, həkimlərə gedir və özünə diaqnoz qoyur. Əsasən təşviş pozuntusunun bir növü olan ipoxondriya ömrü qısaldır.
“Medicina” xəbər verir ki, icveç alimləri yeni elmi araşdırmanın nəticəsini dərc ediblər.
Bergen universitetinin alimləri ipoxondriyalı insanların daha çox ürək-damar xəstəliyi riski daşıdığını sübut edib.
Bu pozuntu digər təşvişlər kimi işemik xəstəliyin aktivatorudur.
Belə ki, ipoxondriklərin orta ömrünün 5 il az olması qənaətinə gəlinib.
Ona görə də ipoxondrik nevroz mümkün qədər tez nəzarətə alınıb, müalicə olunmalıdır.
İpoxondriklər ən çox bu şikayətləri edir:
- Ağrı, bədənlərində gəzən ağrı var
- Ürək sancısı
- Ayaqlarında uyuşma
- Başda, bədəndə ağırlıq
- Hava çatışmamazlığı
- Narahatlıq
Aygün