Xərçəng xəstəsi olan gənc qız əməliyyatdan sonra tanınmış model olub.
Medicina.az xəbər verir ki, Rusiyanın Nijni-Novqorod şəhərində yaşayan 22 yaşlı Olqa Zapivoxinaya başında xərçəng şişi diaqnozu qoyulub..
Əməliyyat ağır keçəcəyi üçün ailəsi ölümünə razılıq verib. Ancaq bəxti gətirən qız problemsiz şəkildə əməliyyat olunaraq başından şişi götürülüb.
Bundan sonra gənc qızın model işləyən dostu onu işə dəvət edib. Bununla da modellik həyatı başlayıb.