Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Xəstəlik iş yerlərindən başlayır” - ÜST-dən müraciət

  • 2023.03.10 11:05
  • 1759 Baxış
"Xəstəlik iş yerlərindən başlayır” -  ÜST-dən müraciət
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan bütün ölkələrə müraciət edib.

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində səsləndirib.


“Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq.

Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır”, - o, vurğulayıb.