Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstələrin şəklini çəkib sosial şəbəkədə paylaşdı - VİDEO

  • 2017.09.22 23:12
  • 12785 Baxış
Xəstələrin şəklini çəkib sosial şəbəkədə paylaşdı -  VİDEO
1 saylı Kliniki Tibbi Mrkəzdə tibb qardaşı işləyən Vüsal Quliyev sosial şəbəkədə olan hesabında növbə çəkərkən xidmət göstərdiyi xəstələrin şəkillərindən ibarət qovluq yerləşdirib.


Medicina.az xəzərxəbər-ə istinadən xəbər verir ki, o, xəstəxanadakı xəstələrin xəbəri olmadan onların şəklini çəkib, sosial şəbəkəyə yerləşdirib.


Bu qovluqda əməliyyat olunan, reabilitasiya keçən ahıl, cavan, hətta uşaq pasiyentlərin şəkillərinə rast gəlmək mümkündür.


Şübhə yoxdur ki, Vusal Quliyev öz işini sevdiyi üçün bu şəkilləri paylaşıb. Lakin xəstələrin icazəsi olmadan onların şəkillərini çəkmək tibbi etika ilə üst üstə düşmür.


Məsələni işıqlandırarkən qərəzsizliyi əsas tutaraq, hazırda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində çalışan tibb işçisi ilə əlaqə saxlamağa çalışdıq. Əvvəlcə onu deyək ki, qəbul şöbəsinə etdiyimiz telefon zəngi zamanı ünvanladigimiz suala elə sualla cavab verirdilər. İşçilərin cavabı səbəbsiz, kobud və rəsmi müəssisə etikasına sığmayan dərəcədə idi.


Bir saat sonra isə hazırda həkim-rezident kimi çalışan Vüsal Quliyevlə əlaqə saxlaya bildik. O, əməlini etiraf etdi və xəstələrin şəkillərini sosial şəbəkədəki profilindən siləcəyini bildirdi.


Hüquqşünaslar isə hesab edir ki, qanunda bu tip faktların inzibati məsuliyyəti var. Çünki heç bir şəxs ondan xəbərsiz şəkillərinin sosial şəbəkədə yayılmasını istəməz.


Yəqin ki, bu fakt digər həkimlərə, ümumiyyətlə qanundan xəbərsiz olanlara bir nümunə olar.