Ürək-damar xəstələrinin vacib dərmanı olan aspirinin qəbulunda çox xəstələr eyni səhvə yol verir.
"Medicina" xəbər verir ki, məşhur həkim Yelena Malışeva bəzi səhvləri sadalayıb.
"Bəzi xəstələr dərmanı əllərinin altında olan istənilən maye ilə içirlər. Südlə və ya südlü içki ilə aspirin qəbulu kobud səhvdir.
Bu zaman aspirin demək olar ki, təsir göstərmir.
Ümumiyyətlə südlə dərman içmək olmaz. Süddə olan zülal dərmanların sovrulmasına mane olur.
Eləcə də aspirinlə eyni vaxtda ağrıkəsici, qızdırmasalıcı və hormonal preparatları qəbul etmək olmaz.
Belə qəbul mədədə xora, qastrit əmələ gətirir.
Digər səhv aspirinlə uyğun olmayan qidalardır. Aspirin içdikdən sonra və əvvəl sarımsaq, zəncəfil, zeytun yağı, alkoqol içki yolverilməzdir. Belə qəbul daxili qanaxma riskini artırır.
Aspirin mütləq bol su ilə içilməli, ondan sonra və əvvəl qida qəbulu olmamalıdır.
Aygün Musayeva