Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstələr məmurlara aid klinikalara göndərilir, 50 faizi bağlanacaq - VİDEO

  • 2025.03.12 21:08
  • 796 Baxış
Xəstələr məmurlara aid klinikalara göndərilir,  50 faizi bağlanacaq -  VİDEO

Azərbaycanda bir çox klinika bağlanacaq.

Medicina.az xəbər verir ki, bu barədə "Səhiyyə TV"nin rəhbəri, tibbi media və biznes təşkilatçısı Azər Xudiyev Baku TV-nin efirində deyib.

İcbari Tibbi Sığorta məsələsinə toxunan ekspert xəstələrin məmurlara aid olan klinikalara göndərildiyini vurğulayıb:

"Bu gün klinikaların maddi durumu və ora müraciət edən xəstələrin sayı azalıb. Hamısı çalışır ki, fərqli xidmət göstərsin, investisiya yatırsın və s. Bu, heç bir qurumun problemi deyil. Burada fərqli subyektiv məsələlər var. İcbari Tibbi Sığorta ilə müraciət edən xəstələr dövlət təşkilatlarına göndərilir. Orada keyfiyyətli xidmət göstərilmir, xəstələr uzun növbələrdə qalır. Və biz məcburi göndərişlərlə özəl tibbi xidməti məhv edirik.

Vətəndaş öz maaşından ayırır ki, "mən icbari tibbi sığorta ilə təmin olunum". Amma o, keyfiyyətli xidmət almır. Burada subyektiv məqamlar var.

Məmurlara bağlı klinikalar var ki, qəsdən onlara yönləndirilir. Mən sizə əminliklə deyirəm ki, bir neçə ilə bu gün fəaliyyət göstərən 50 faiz klinikalar bağlanacaq".

Daha ətraflı videoda:


Aygün
Medicina.az