Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstələr gələndə dilləri söz tutmur, ölüm qorxusu olur - Bakıda koronavirus xəstəxanasından VİDEO

  • 2020.11.04 17:59
  • 9510 Baxış
Xəstələr gələndə dilləri söz tutmur, ölüm qorxusu olur  - Bakıda koronavirus xəstəxanasından VİDEO

Bakıda modul tipli xəstəxanaların palata və reanimasiya şöbələri hər gün yeni-yeni ağır xəstələrlə dolur.

Medicina.az xəbər verir ki, xəstəxanada gprüntülənən xəstələrin əksəriyyətinin gənc olması diqqəti çəkir. Təkcə bir modul xəstəxanasında 988 xəstə var. Onlardan 25 nəfəri reanimasiyadadır.

Həkim reanimatoloqun bildirdiyinə görə, çox xəstələr ağır təngnəfəslik halında, dilləri cümlə tutmayacaq vəziyyətdə gəlir və bir çoxu üzü üstə uzadılır ki, tənəffüsünə kömək edə bilsin.

Xəstələrin demək olar hamısında ölüm qorxusu olur. Onlar nə baş verdiyini anlamır və bu an öləcəklərini göz önünə alır, bu qorxu vəziyyəti daha da pisləşdirir.


AZTV-nin hazırladığı reportajı təqdim ediik.

Baxın ki, özünüzü qorumanın nə qədər vacib olduğunu biləsiz.