Azərbaycanda mövsümi xəstəliklər aktivləşib. Bu gün uşaqlı böyüklü kimin hansı virusu tutduğunu təxmin etmək də çətindir. Ölkədə qrip də, kovidin ştammı da, yeni virus da aktivdir.
İstənilən halda xəstə insanın ilk işi özünü təcrid olmalıdır.
“Medicina” xəbər verir ki, pediatr həkim Vaqif Qarayev kifayət qədər xəstə uşağın olduğunu deyib.
“Xəstə uşaqları, hətta xəstəliyə şübhə varsa bağça və məktəbə aparmayın.
İstənilən qrip və virusdan qorunmağın və sağalmağın ilk şərti özünü təcriddir. Amma hər il bu barədə desək də, əməl etmirik.
Artıq kifayət qədər xəstə uşaqlar var. Valideynlər işindən qalmasın deyə uşağı evdə saxlamır. Epidemiyadan qorxuruqsa, buna əməl etməliyik. Uşaq da ana da evdə olmalıdır. Xəstə uşaq üçün poliklnikadan arayış verilir.
Həkim təyinatı olmadan antibiotik də qəbul etməyin”.
Aygün M
medicina.az