Qaraciyər müxtəlif səbəblərdən xəstə ola bilər. Çox zaman onun vəziyyətini əlamətlərlə bilmək olmur.
"Medicina" xəbər verir ki, dəridə bəzi əlamətlər qaraciyərdən qaynaqlana bilir.
Əgər siz dərinizdə daimi və səbəbsiz qaşınma, qıcıqlanma hiss edirsizsə, dərinizi möhkəm qaşıyıb qanama həddinə çatdırırsızsa, bu qaraciyər sirrozunun belə əlaməti ola bilər.
Bundan əlavə daimi yorğunluq, zəiflik hissi, iştahın itməsi, cinsi istəyin azalması, göz dibi və dərinin saralması da hepatit və sirrozun əlaməti ola bilər.
Dərinizdə qaşıntı erkən simptomdur. Bunun üçün mütləq həkimə gedib, qaraciyərinizi yoxladın.
Aygün Musayeva