Braziliyada iki yaşlı Migel Alves onurğa əzələlərinin atrofiyasından
ölüb. Belə ki, ata oğlunun müalicəsi üçün yığılan pulun bir hissəsini
oğurlayıb və əyləncəyə xərcləyib.
Ata Mateus Alves və anası Karin Rodriqes yeddi aylığından ağır
xəstəlik diaqnozu qoyulan oğlunun müalicəsinə 2018-ci ildən bəri pul
yığılır. Xəstə uşağa lazım olan dərmanın hər dozası 90.5 min dollar (153
min manat) idi. Baha olsa da, bu müalicə xəstəliyin inkişafının
qarşısını alırdı. Ailə bir il ərzində sosial şəbəkələrdən təxminən 248
min dollar (400 min manatdan çox) toplaya bilib.
Onlar pulu müxtəlif hissələrə bölərək fərqli bank hesablarına
qoyub. Lakin may ayından etibarən ata evə gec gəlməyə və ailəsi ilə
maraqlanmamağa başlayıb. Ana bir dəfə hesabdakı puldan böyük məbləğdə
çıxarış olduğunu hiss edərək polisə müraciət edib.
37 yaşlı ata lüks hotellərin birində yaxalanıb. Məlum olub ki, o, bir
neçə ay ərzində 150 min dollar (255 min manat) xərcləyib. O, bu pulları
geyimlərə, narkotikə, fahişələrə və yeməyə sərf edib.
Xəstə uşaq isə maddi yardım almaq üçün dövlətdən dəstək gözləyərkən 17 oktyabrda öz evində ölüb.