Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçənglə mübarizədə immunoterapiyanın ilk uğurları – VİDEO

  • 2018.04.18 13:31
  • 17978 Baxış
Xərçənglə mübarizədə immunoterapiyanın ilk uğurları –  VİDEO
Xərçənglə mübarizədə yeni "silah” peyda olub.


Medicina.az xəbər verir ki,  "New England Journal of Medicine” jurnalında yüzminlərlə insana yeni ümidlər verən elmi araşdırmanın nəticələri dərc olunub.


Elmi işə görə, kimya terapiyası və immunoterapiyanın eyni vaxtda aparılması ağ ciyər xərçəngindən əziyyət çəkən insanların müalicəsinə kömək olur.


İki metodun kombinasiyası zamanı xəstələrdə ölüm riski iki dəfə az olur.


"İmmunoterapiya ağ ciyər xərçəngini müalicə etməyə qadirdir. Bunu xəstələr arasında ölüm hallarının azalması göstərir. Sadəcə dərmanların (yüksək) qiyməti ilə bağlı problemi həll etmək lazımdır.


Biz individual yanaşmanı üstün tutsaq, müalicə daha da effektiv olacaq. İnanıram ki, ildən ilə bu müalicə prosesinin xərcləri azalacaq”, - deyə Yel onkoloji mərkəzinin şöbə müdiri Roy Herbst bildirib.


ABŞ-da kombinasiyalı müalicənin qiyməti aya 13 min dollar təşkil edir.


Müalicənin maddi tərəfi yeganə problematik məsələ deyil. Belə ki, tədqiqatın nəticələri heç də bütün növ ağ ciyər xərçənglərinə şamil olunmur.


Alimlər tələsməlidir, çünki xəstəlik hər il orta hesabla 1 milyon 700 min nəfərin həyatına son qoyur.(oxu.az)