Bir qrup elm adamları, xərçənglə mübarizədə ümid verən inkişafa imza atıb.
Medicina.az xəbər verir ki, insan vücuduna yerləşdirilə bilən və xaricdən nəzarət edilə biləcək mikrorobotlar ixtira edilib. Bunun sayəsində kimyaterapiyaya ehtiyac qalmadan xərçəngli hüceyrəyə müdaxilə mümkün olacaq.
Hong Konqda yerləşən Çin universitetinin professoru Li Zhang ilə İngiltərədəki Mançestr universitetindən professor Kostas Kostarelosun etdiyi birgə çalışmalarda, bu cür mikrorobotun (cücə robot) insan bədəninə yerləşdirilməsi planlaşdırılır. Yerləşdirildikdən sonra uzaqdan idarə ediləcək cücə robotlar, xərçəngli hüceyrələrlə savaşacaq dərmanları əvəz edə biləcək. Elm adamları mini robotların yaxın gələcəkdə xəstəliklərin aşkara çıxarılmasında da istifadə edə biləcəyini bildiriblər.