re
Böyük Britaniya kralı III Karl rəsmi vəzifələrinin icrasını davam etdirməyə başlayıb.
“Medicina” xəbər verir ki, ağır xəstəliyə baxmayaraq, o, kansler Ceremi Hantomla rəsmi görüşüb.
Artıq Bukinhem sarayında vəzifəsinin icrasını həyata keçirən III Karl konstitusion tələblərə uyğun maliyyə hesabatlarını şəxsən qəbul edir.
Monarx xəstəliyindən sonra ilk dəfə baş nazir Rişi Sunakla görüşmüşdü.
Artıq onu şəxsi avtomobilində Londonda görmək olur.
Lakin həkimlər hələ ona kütləvi tədbirlərə qatılmağı tövsiyə etmir. Bu işləri vəliəhd Uilyam icra edir.
Bu il kralın Avstraliyaya səfəri də planlaşdırılır. O, kral seçiləndən hələ heç bir rəsmi səfər edə bilməyib.
75 yaşlı Karlda prostat vəzi xərçəngi aşkar edilib.
Aygün