Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçənglə mübarizə aparan azərbaycanlı bloger vəfat etdi - FOTOLAR

  • 2021.03.18 14:47
  • 3693 Baxış
Xərçənglə mübarizə aparan azərbaycanlı bloger vəfat etdi -  FOTOLAR
Bloger Sofiya Həsən vəfat edib.

Medicina.az xəbər verir ki, Azərbaycan Kooperasiya Universitetində təhsil alan 20 yaşlı Sofiya xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bütün çətinliklərə baxmayaraq, öz pozitivliyini, həyat eşqini itirməyən gənc sosial şəbəkələrdəki paylaşımları ilə fenomenə çevrildi.

"Xərçəngə inad gülümsə” devizi ilə paylaşımlar edən gəncin izləyiciləri də onu tək qoymayıb, dəstək olublar.

Təəssüf ki, Sofiya martın 16-da Türkiyədə əməliyyat zamanı dünyasını dəyişib.

O, son paylaşımlarında aldığı kimyaterapiya və narkozların təsirindən ürək çatışmazlığının əmələ gəldiyini və bu səbəbdən ağciyərlərinə su yığıldığını bildirib:

“Artıq günlərdir nə yata bilirəm, nə də yemək yeyə bilirəm. Həqiqətən, heç yaxşı deyiləm. Normal insan kimi yaşamaq üçün darıxdım, insanlıqdan çıxmışam artıq... Oksigenə bağlı qalmışam, nəfəs belə ala bilmirəm. Çoxlu dua edin, ayağa qalxa bilim yenidən...”

Allah rəhmət etsin!