Elm adamları revmatoid artritlə qan xərçəngi arasında əlaqə tapıblar.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, revmatoid artritin daha az yayılan seroneqativ alt növünün genetik səbəbləri axtarılarkən bu xəstəliyə səbəb olan mutasiyaların həm də qan xərçənginə xas olduğu məlum olub.
Qan xərçəngi olan bir çox xəstənin eyni zamanda seroneqativ artritdən əziyyət çəkdiyi anlaşılıb.
Qan xərçəngi xəstələrində tez-tez rast gəlinən IDH1 və IDH2 gen mutasiyaları artrit simptomların inkişafına gətirib çıxarır. Alimlər bu səbəblə, qan xərçəngi olan xəstələr üçün nəzərdə tutulan dərmanların artritin müəyyən formaları üçün də effektiv ola biləcəyini diqqətə çatdırıblar.
Aysel