Stress və artıq çəki xərçəngə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, Türkiyə mətbuatına istinadla xəbər verir ki, yağ qatı yığıldıqca bədəndə zərərli maddələr yığılır. Bu da xərçəngin yaranmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, xərçəng bədəndəki hüceyrələrin idarəsiz olaraq çoxalmasıdır. Bəd xassəli şiş qan, limfa vəziləri, əzələ, beyin və sümük kimi bir çox yerdə yarana bilir.
Məlumata görə, sağlamlıq bədən, ruh və sosial baxımdan yaxşı olmaq deməkdir. Sağlamlıq üzərində 7 faiz iqlim, 8 faiz tibbi şərait, 10 faiz sosial şərtlər, 15 faiz genetik faktorlar və 60 faiz həyat tərzinin təsirli olduğu qeyd edilir.
Mütəxəssislər qeyd edir ki, xərçəngin yaranmasında ən böyük amillərdən biri də stressdir. Gün ərazində bunu azalda bilmək üçün idman və ya başqa bir fəaliyyətlə məşğul olmaq lazımdır.
Stress xəstəliyin yaranmasında təsirlidir, çünki stress zamanı təzyiq qalxır, şəkər artır və şəxsin metabolizması pozulur. Bu vəziyyət mütəmadi olduğu zaman stress xronikiləşir, həzm sistemi pozulur və xərçəngə meyllilik yaranır.