Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngin və diabetin dərmanı - Kərə yağı qatılmış qəhvə

  • 2022.07.19 15:03
  • 3058 Baxış
Xərçəngin və diabetin dərmanı   - Kərə yağı qatılmış qəhvə


Kimisi südlü qəhvə içir, kimisi ona limon əlavə edir, kimisi isə portağal suyu ilə içkiyə müdaxilə edir.


Medicina..az xəbər verir ki, tanınmış jurnalist və yazıçı İrina Xakamada qəhvəni bir qaşıq ərinmiş kərə yağı ilə birləşdirməyə üstünlük verir.


Sonuncu podkastların birində İrina Xakamada incə bədən quruluşunun sirlərini açıqlayıb. Ulduz etiraf edib ki, qidalanma ilə bağlı çox narahat deyil, sadəcə sağlam rasionun əsas qaydalarına əməl edir: az karbohidrat və kifayət miqdarda protein və lifli məhsullar yeyir.


Xakamada həmçinin səhərlər hazırladığı qeyri-adi içki reseptini də paylaşıb. Qara qəhvənin içinə bir desert qaşığı kərə yağı əlavə edib qarışdırır. İrinanın sözlərinə görə, belə yağlı içki onun səhər yeməyini qismən əvəz etməklə yanaşı, orqanizmə də fayda verir. Xakamada qeyd edib ki, bu yolla kofe mədəni qıcıqlandırmır, qaraciyərin təmizlənməsinə kömək edir.


Yeri gəlmişkən, kərə yağı ilə qəhvə içmək fikri yeni deyil. İçkinin hətta öz rəsmi adı var: zirehli qəhvə və ya keto qəhvə. Kərə yağı ilə birlikdə qəhvə içmək həvəskarları bu yemək vərdişinin bir çox üstünlüklərini görürlər.

Həkimlərin fikrincə, belə qəhvə bədəndəki piylərin minimuma endirilməsinə kömək etməklə yanaşı, beyin funksiyalarının inkişafına kömək edir, damarları təmizləyir və ağız qoxusuna cavabdeh olan bakteriyaların inkişafının qarşısını alır. Kərə yağı ilə yağlı qəhvənin hətta bir çox ciddi xəstəliklərin qarşısını aldığına inanılır. Məsələn, xərçəngə tutulma riskini 50 faiz azaldır, həmçinin 2-ci tip diabetin inkişaf ehtimalını 7 faiz azaldır. /publika.az/