Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Xəstə üzərində sınanılmış reseptXərçəngin tam müalicəsi mümkündür

  • 2018.11.27 10:48
  • 30710 Baxış
 - Xəstə üzərində sınanılmış resept Xərçəngin tam müalicəsi mümkündür
Son illərdə ən dəhşətli ölümcül xəstəliklərdən sayılan xərçəng bir sıra üsullarla müalicə edilir. Lakin elə insanlar var ki, onlar həkimlərin təyin etdikləri müalicələrə etibar etməyərək türkəçarəyə müraciət edirlər. 


Medicina.az məhz türkəçarə yolla 2-ci inkişaf mərhələsində olan xərçəngdən qurtulduğunu iddia edən oxucunun məktunu təqdim edir.  


Onun  bildirdiyinə görə, keçən il qohumlarından birində 2-ci mərhələdə xərçəng aşkarlanıb. Həkimlər təcili əməliyyat, daha sonra 3 kurs kimyaterapiya və daimi analiz kontrolu təyin ediblər.  Lakin bununla yanaşı xəstə özü internetdən bir xalq təbabəti resepti araşdıraraq həkimin də məsləhəti ilə sınamağa qərar verib.  


Reseptin əsas tərkib hissəsi zəhərli qara kəndalaş meyvəsidir. 


Resept: Yetişmiş giləmeyvələri toplayın, yaxşıca yuyaraq qurudun. Şüşə bankaya eyni miqdarda qat-qat giləmeyvə və şəkər olmaqla yığın. 

2 həftədən 4 həftəyədək soyuducuda saxlayın. 


Diqqət: yeməkdən 10 dəqiqə əvvəl 150 ml təmiz su içmək lazımdır. Yemək yedikdən dərhal sonra isə hazırlanan siropdan 1 x/q qəbul edilməlidir. Müalicə kursu 1.5 ay davam etdirilir. Daha sonra 1 ay fasilə verildikdən sonra yenə də 1.5 ay müddətində qəbul edilir. 


Kəndəlaş meyvəsinin qurusu apteklərdə satılır. Amma bu zəhərli giləmeyvəni özünüz də toplaya bilərsiniz.


Hal-hazırda xəstə remissiya mərhələsindədir. Özünü yaxşı hiss edir. Buna görə də əminliklə söyləmək olar ki, həkimlərin təyin etdikləri müalicə və  kimyaterapiya ilə yanaşı xalq təbabətinə də müraciət edə bilərsiniz. Ancaq bu müalicə kursu mütləq həkim nəzarəti altında aparılmalıdır. Belə olduqda daha effektli nəticələr əldə edə bilərsiniz.    

 

Arzu

Medicina.az