Bədəndə şiş, düyün, ələ gələn bərkimə, temperatur, halsızlıq, ağrı, gücsüzlük bunlar çox adamın bildiyi əlamətlərdir.
Bakupost.az xəbər verir ki, onkoloji xəstəliklərin çox məşhur olmayan və ağlagəlməyən simptomları da var.
Heç vaxt eşitmədiyiniz o əlamətlərə diqqət.
1. Unitazda üzən nəcis – bu mədəaltı vəz və öd problemi, eləcə də bu orqanlarda xərçəngə işarə ola bilər. Deməli öd və ferment hasilatı yoxdur ki, nəcis kütlələri ağırlaşmır və üzə çıxır. Bu əlamət çeliakiydə də olur. Bununla yanaşı arıqlama, iştah itməsi, daimi yorğunluq, qızdırma da olmalıdır.
2. Başda səslər
Başda mənbəyi olmayan səslər, qəribə küylər, hətta kimsə danışırmış kimi hiss psixi pozulmalarla yanaşı beyin şişlərində də olur. Eşitmə hallüsinasiyası, nitqin pozulması, dəyişməsi şişin bəzi sinirləri sıxması ilə yarana bilər.
3. Dırnaq forması və rəngində dəyişiklik
Mütləq dırnaqlarınıza baxın. Orda göy, qara, qəhvəyi xətlər, ləkələr dəri xərçəngindən ola bilər. Çox ağarmış dırmaqlar qaraciyər, dırnağın içəri batması və barmaq uclarının enlənməsi ağciyər xərçəngindən ola bilər.
4. Müvazinətin itməsi, əlindən əşyaları tez-tez salmaq – demensiya və xərçəng əlaməti ola bilər. Beyini və onurğanı yoxlatmaq lazımdır.
5. Həyata maraq və hobbinin qəfil itməsi
Maraqlıdır ki, həyata marağın durduğu yerdə yoxa çıxması ilə xərçəng arasında əlaqə var.
Bu depressiyada olsa da, beyində də şiş zamanı insan əvvəlki kimi davranmamağa başlayır
6. Həddən artıq tərləmə
İsti havada yox, soyuqda, sərində tərləmək, gecə tər içində oyanmaq menopauza, nevroz və şəkərdən ola bilər. Amma limfoma və ağciyər xərçəngi, leykoz, qaraciyər şişlərində də ciddi tərləmə olur.
Aygün Musayeva
BakuPost