Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngi müalicə edə biləcək 2 vasitə - Alimlərdən ŞOK

  • 2021.07.14 16:34
  • 1761 Baxış
Xərçəngi müalicə edə biləcək 2 vasitə  - Alimlərdən ŞOK


Onkoloji xəstəliklərin bir çoxunu acqalma və vitamin C terapiyası ilə müalicə etmək barədə təklif irəli sürülüb.



Medicina.az xəbər verir ki, bu cür toksiki olmayan ikili kombinasiya aqressiv tip xərçəng növlərində terapiya ilə yanaşı effektiv ola bilər.


Bu barədə Cənubi Kaliforniyanın Molekulyar onkologiya İnstitutu və Milan FİRC institutu birgə elmi tədqiqatlarının nəticəsində bildirib.

Əvvəlki tədqiqatlar da sübut etmişdi ki, yüksək dozada vitamin C kimyaterapiya ilə kombinasiyada şiş hüceyrələrinə ikiqat zərbə endirir.

Eyni effekti xüsusi müalicəvi acqalma ilə də almaq olar.
Alimlər bu iki təklifin birgə xəstələr üzərində necə işlədiyini yoxlamaq qərarına gəlib.

Təcrübə siçanlar üzərində aparılıb.

Nəticələr göstərib ki, dieta, imitasiyalı acqalma və yüksək dozalı C vitamini şişlərin böyüməsinin və yayılmasının qarşısını effektiv alır və xərçəng hüceyrələrini öldürür.

Burda əsas açar hüceyrələri “orqanizm ac qalacaq” fikrinə yönəltməkdir.

Bu metod KRAS genlərinin mutasiyasına bağlı şiş növlərində işləyir. Bu ağciyər, mədəaltı vəz, bağırsaq, mədə xərçəngidir, hansı ki, müalicə effektiv olmur və xəstələri qısa müddətdə öldürür.