Avstraliya və ABŞ tədqiqatçılarının birgə əməyinin məhsulu olan diaqnostika üsulu xərçəng xəstəliyinin diaqnostikasında yeni dövrün başlanğıcı ola bilər. Qanın analizini nəzərdə tutan diaqnostika üsulu xərçəng xəstəliyinin ən çox yayılmış 10 növündən 8-i üzrə ilkin mərhələdə düzgün diaqnoz qoymağa imkan verir.
Sınaqlarda ümumilikdə 800 nəfər içrirak edib. Maye biopsiya texnologiyası ən azı 60 faiz hallarda ağciyər və bağırsaq xərçəngini ilkin mərhələdə aşkarlamağa imkan verir. Mədəaltı vəzi və mədə xərçəngi hallarının isə ən azı 70 faizi ilkin mərhələdə aşkarlanacaq.
Testin başlıca üstünlüyü sağlam adamlarda yanlış olaraq xərçəng xəstəliyini təyin etməməsidir. Məlumdur ki, belə yanlışlıqlar üzündən insanlar əlavə olaraq bahalı diaqnostika üsullarına əl atmalı olurlar və axırda da bəlli olur ki, xərçəng xəstəliyi yox imiş.
Tədqiqat qrupunun üzvləridən biri, professor Piter Gibbs yeni test üsulunu "tibb elmində həqiqi sıçrayış” adlandırıb. Alimlər testləri davam etdirirlər. Gibbsin sözlərinə görə yaxın vaxtlarda artıq həkimlər bu üsuldan istifadə edə biləcəklər. İlkin ehtimallara görə, bu diaqnostika üsulunun qiyməti 500 dollar təşkil edəcək. (SaglamOlun.com)