Böyük Britaniya Milli Səhiyyə Xidməti simptomlar görünməzdən əvvəl xərçəng növünü təyin edə bilən süni intellektlə hazırlanmış qan testini sınaqdan keçirməyə hazır olduqlarını açıqlayıb.
Medicina.az xəbər verir ki, təxminən 8 min xəstə üzərində aparılacaq klinik sınaqda 'miONCO-Dx' adlı test çərçivəsində şişlərdən qana qarışan kiçik genetik material parçaları araşdırılacaq.
Bildirilib ki, bu günə qədər 20 min insan üzərində aparılan sınaqlarda test xərçəngin aşkarlanması və onun bədəndəki yerini müəyyənləşdirməkdə 99 faiz dəqiqliyə çatıb.
Cəmi 10 damcı qandan istifadə edilən test ağciyər, mədə, prostat, yemək borusu, qaraciyər, sidik kisəsi, yumurtalıq, bağırsaq, mədəaltı vəzi və döş xərçəngi kimi 12 ümumi xərçəng növünü, həmçinin sümük və yumşaq toxuma sarkomalarını və bəzi beyin şişlərini aşkar edə bilir.
Aygün
Medicina.az