Son tədqiqatlar xüsusilə xərçənglə bağlı çox ümidverici addımların atıla biləcəyini göstərib.
Medicina.az xəbər verir ki, əldə edilən məlumatlara görə, xərçəngi 7 il əvvəldən təxmin edən sistem hazırlana bilər.
Alimlər diaqnoz qoyulmazdan 7 il əvvəl insanları xərçəngə qarşı xəbərdar edə biləcək zülalları qanda müəyyən ediblər.
Tədqiqatçılar bağırsaq, prostat və döş xərçəngi də daxil olmaqla, 19 xərçəng növü ilə əlaqəli 618 zülal tapıblar. Zülalların təxminən 107-si diaqnozdan ən azı yeddi il əvvəl qanda aşkarlana bilir.
Ümid edilir ki, tapıntılar xərçəng başlamazdan əvvəl onu dayandırmaq səylərinə kömək edə və profilaktik müalicələrin aparılması istiqamətində "vacib ilk addım" ola bilər.
“Oxford Population Health”in Böyük Britaniya tərəfindən maliyyələşdirilən iki xərçəng araşdırması zülalların xərçəngin ən erkən mərhələlərində iştirak edə biləcəyini göstərir. Molekulyar epidemioloq və hər iki tədqiqatın baş müəllifi professor Ruf Travis deyib:
“Xərçəngin qarşısını almaq üçün onun inkişafının ən erkən mərhələlərinə səbəb olan amilləri başa düşməliyik. Bu tədqiqatlar vacibdir, çünki bir çox xərçəngin səbəbləri və biologiyası haqqında çoxlu yeni ipucu verir”.
Travis bildirib ki, hazırda vəziyyət çox ümidvericidir:
"İndi minlərlə xərçəng hadisəsində minlərlə zülala baxa bilən və hansı zülalların xərçənglərin inkişafında rol oynadığını və hansının bir çox xərçəng növündə ümumi təsir göstərə biləcəyini müəyyən edən texnologiyamız var".
Klinikada zülalları aşkar etmək üçün hansı testlərin hazırlana biləcəyini və hansı dərmanların zülalları hədəf ala biləcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac olacaq.
Qeyd edək ki, araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Aysel