Yeni test xərçəngi üzə çıxdıqdan 10 il əvvəl aşkar etməyə imkan verəcək.
Medicina.az xəbər verir ki, Suonsi Universiteti alimləri aşkar ediblər ki, xərçəngin ilk əlaməti eritrositlərdə (qan hüceyrələri) olan mutasiyalardır. Bu mutasiyalar xəstəliyin əsas simptomlarından xeyli əvvəl əmələ gəlir.
Alimlər mutasiyaları aşkar edən sadə qan testi hazırlayıblar ki, bu test bir neçə saat ərzində orqnizmdə xərçəng mutasiyalarının olub-olmadığını aşkar edir. Test artıq xərçəng xəstələri üzərində yoxlanılıb və müsbət nəticələr göstərib.
Alimlərin fikirinə görə, 5 ildən sonra bu test açıq satışda olacaq.