Bir ailənin 3 üzvü eyni zamanda mədələrini götüzdürməyi qərara alıblar.
Medicina.az xəbər verir ki, 2 qardaş və 1 bacı bu qərarı genetik testlərin nəticələri zamanı mədə xərçəngi riski daşıdıqlarının üzə çıxmasından sonra veriblər. Tahir Xan, Sofiya Xan və Ömər Xanın valideynləri bir neçə il əvvəl bu xəstəlikdən həyatlarını dəyişiblər.
Əməliyyatdan bir neçə il keçməsinə baxmayaraq bu insanlar mədəsiz tam normal yaşayırlar. Sofiya bildirir ki, əməliyyatdan sonra onun həyatı demək olar ki, dəyişməyib. Əməliyyatdan sonra hətta Sofiya hamilə qalıb və uşaq normal inkişaf edib.
Sofiyadan sonra Tahir əməliyyata qərar verib. Onun mədəsində həkimlər kiçik bədxassəli şiş ocaqları aşkarlayıblar. Həkimlərin söylədiklərinə görə, o əməliyyat olunmasaydı 1 ildən sonra həyatını itirə bilərdi.
Onların kiçik qardaşı Ömər isə mədəsini ilk əvvəl götüzdürməkdə tərəddüd edərək həkimlərə etibar etməyib. İndi o da mədəsini çıxartdırmanın doğru qərar olduğunu bildirib.
Mədə çıxarılan zaman bağırsağın bir hissəsi həzm prosesini öz üzərinə götürür. Bu cür xəstələrə az miqdarda olmaqla tez-tez qidalanmaq məsləhət görülür.