Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngə yoluxanlar ömürlərini necə uzada bilərlər? - Araşdırmanın nəticələri

  • 2017.06.05 14:16
  • 17557 Baxış
Xərçəngə yoluxanlar ömürlərini necə uzada bilərlər? -  Araşdırmanın nəticələri

ABŞ və Avstraliyadan olan alimlər
xərçəng xəstəliyi ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.



"Bakutibb” xarici KİV-ə
istinadən xəbər verir ki, mütəxəssislər 1000-ə yaxın xərçəng xəstəsi üzərində
müşahidə aparıb. Məlum olub ki, fiziki aktivlik göstərən, mütəmadi olaraq meyvə-tərəvəz
yeyən, emal edilən buğda və ət məhsullarından çəkinən şəxslər xərçəngə
yoluxduqları təqdirdə ilk 7 ildə ölüm ehtimalı 42 faiz azalır.



 


Avstraliyadan olan 300 xərçəng
xəstəsi üzərində aparılan araşdırma isə göstərib ki, həftədə 180 dəqiqə piyada
gəzməklə xəstələr ölümü uzaqlaşdıra bilərlər. Belə xəstələrdə fiziki aktivliyi
olmayan xəstələrə nisbətən ölüm daha az müşahidə edilir.



Mütəxəssislərin ortaq rəyinə
görə, xərçəng xəstələri pəhrizə əməl etməklə və mütəmadi fiziki hərkətlə ömürlərini
uzada bilərlər.



 


Bakutibb

Xərçəngə yoluxanlar ömürlərini necə uzada bilərlər? -  Araşdırmanın nəticələri