ONLARIN SİZİN KÖMƏYİNİZƏ EHTİYACI VAR ...
Qan xəstəliyindən əziyyət çəkən Onurun xeyirxah insanların dəstəyinə ehtiyacı var.
Medicina.az bildirir ki, nənəsi Təranə xanım onun xəstəliyi barədə Onur 2-ci sinfə gedəndə öyrəndiklərini deyib:
“Uca Yaradandan diləyirdim ki, nəvəm də atası kimi ağıllı-kamallı, savadlı olsun. Ancaq uşaq belə ağır xəstəliyə düçar oldu. Maddi vəziyyətimiz çox ağırdır. Xəstəlik isə günü-gündən Onuru əldən salır. Uşaq ağrı-acılar içindədir. Onurun yaşaması ilik əməliyyatından asılıdır. Bunu etdirməyə isə maddi imkanımız yoxdur. Həkimlər deyir ki, uşaq təcili əməliyyat edilməlidir”.
Son qəpiyinə qədər övladlarının yolunda xərcləyən Orucovlar ailəsi maddi sıxıntı içində çırpınır. Onurun gündən-günə ağırlaşan halı isə dözülməzdir. Vaxt daraldıqca, onların narahatlığı daha da artır. Çarəsiz qalan ata-ananın, nənə-babanın ürəyi qan ağlayır. Gəlin, kəlmələri boğazında ilişib qalan, qəhərdən boğulan atanı yıxılmağa qoymayaq... Xəstəxana otaqlarında balasının dəhşətli ağrılarıyla qovrulan yaralı ana ürəyinə məlhəm olaq... Onurun sağalmağı bir ailənin xoşbəxtliyi deməkdir... Gəlin, hamılıqla bu müqəddəs missiyaya qoşulaq...
Orucovlar ailəsinə kömək etmək istəyənlər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: + 994 70 639 48 44
Bank hesabı: 5522 0993 6709 3044