Zeytunun necə faydalı bitki olduğu hər kəsə məlumdur. Uzun ömür üçün həkimlər qida rasionuna zeytun yağının əlavə edilməli olduğunu məsləhət görürlər.
Medicina.az xəbər verir ki, türk dietoloqu Serap Güzel zeytun yağının faydalarından bəhs edib. Sağlıq üçün vacib olan bitki yağlarından istifadənin üstünlüyünü vurğulayan dietoloq zeytunun möcüzə olduğunu bildirib. Onun sözlərinə görə, A və E vitamini ilə zəngin olan zeytun immun sistemini gücləndirərək xəstəliklərə qarşı bədəni daha güclü edir.
"Həzmi asan olduğundan mədə və həzm sistemi üçün qoruyucu məlhəm hesab edilir. Araşdırmalar zamanı zeytunun xərçəng xəstəliyinə qarşı qalxan rolu oynadığı təsdiqlənib”, - deyə S.Güzel bildirib.
Qeyd edək ki, zeytun həmçinin tərəvəzlərlə birlikdə yeyilə bilər. Tərəvəzlərin kalorisi az olduğundan zeytun yağı ilə birlikdə qəbulu problem yaratmaz.