Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngə qarşı peyvəndin hazır olacağı il açıqlandı

  • 2023.11.27 15:20
  • 1899 Baxış
Xərçəngə qarşı peyvəndin hazır olacağı   il açıqlandı

Almaniyanın “BionTech” şirkətinin qurucusu, türk alim Uğur Şahin xərçəngə qarşı vaksin üzərində çalışdıqlarını bildirib.


"Medicina" xəbər verir ki, Uğur Şahin xərçəngə qarşı hər fərd üçün ayrıca hazırlanacaq mRNA əsaslı vaksinlərin 2030-cu ildən əvvəl qeydə alınacağını söyləyib.:

“Xəstədən qan və xərçəng nümunəsi alırıq və 4 həftə sonra fərd üçün xüsusi vaksin hazırlayırıq. İldə sadəcə 100 deyil, 10 minlərlə xəstə üçün belə vaksin hazırlaya bilərik”.


Oktyabr ayında xərçəngə qarşı vaksinin və CAR T hüceyrə terapiyasının kombinasiyası ilə bağlı klinik tədqiqatın ilkin nəticələri açıqlanıb.

Uğur Şahin nəzərə çatdırıb ki, aparılan tədqiqat zamanı demək olar ki, bütün xəstələrdə xərçəng şişlərinin böyüməsi dayanıb və xəstələrin 2/3-də şişlər kiçilib.