Rusiyanın N.N.Petrov adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzi onkoloji xəstəliklərə qarşı unikal peyvənd hazırlayıb.
"Medicina" xəbər verir ki, bu peyvənd adət etdiyimiz ənənəvi peyvəndlər kimi deyil. Burda xəstənin qanı alınıb emal edilir, emal olunmuş qan sonra yenidən onun bədəninə qaytarılır.
Peyvəndin 10-dan çox xərçəng növündə, melanoma, sarkomada effektivliyi sübut edilib. 40% hallarda immunitet sistemi bədxassəli hüceyrələri aradan qaldırmağa qadirdir.
Klinik tədqiqatlarda bu peyvənddən istifadə etməklə 800-dən çox insan sağalıb.Vaksin 2024-cü ildən satışa çıxır.
Aygün Musayeva