Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngə qarşı gümüş güllə nədir?

  • 2023.06.22 18:41
  • 1458 Baxış
Xərçəngə qarşı gümüş güllə nədir?
Alimlər bildirirlər ki, D vitamini döş xərçəngi və onun “qatil” hüceyrələrinə qarşı "gümüş güllə" ola bilər. Bu vitaminin insan orqanizmində aşağı səviyyədə olması bilavasitə bəzi növ şişlərin, eləcə də diabet və astma kimi digər xəstəliklərin inkişafı ilə bağlıdır.


“Medicina” xəbər verir ki, Nyu-Yorkun Albany Dövlət Universitetinin alimləri tərəfindən aparılan tədqiqatın nəticələrini hələ ki, möcüzəvi dərmanın kəşfi adlandırmaq olmaz. Ancaq yenə də ümidverici səslənirlər.

Siçanlar üzərində aparılan təcrübələrdə D vitamininin xərçəng hüceyrələrinə təsiri sübut olunub, bir neçə həftəlik terapiyadan sonra şişlər 50%-dən çox kiçilib, bəzi hallarda isə tamamilə yox olub.

Tədqiqatın müəllifi Dr. Joellen Welsh 25 il ərzində D vitamininin təsirini müşahidə edib. Bir araşdırmada elm adamları vitaminin güclü dozaları ilə döş xərçəngi hüceyrələrinə hücum etdilər.

Hücumdan bir neçə gün sonra laboratoriyalardakı xərçəng hüceyrələrinin yarıdan çoxu öldü. Doktor Uelşin sözlərinə görə, D vitamini şişlərin müalicəsində istifadə edilən güclü dərmanlarla döş xərçənginə eyni təsir göstərir.

Vitamin xərçəng hüceyrələrinə hücum edir və onların ölüm prosesini başladır. Eyni şey hüceyrələr Tamoksifenə məruz qaldıqda da müşahidə edilə bilər”.


Günay Quluzadə