Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngə qarşı effektiv pəhriz – Nə yeməli?

  • 2023.06.15 11:03
  • 1112 Baxış
Xərçəngə qarşı effektiv pəhriz  – Nə yeməli?
Xərçəng xəstəliyinin qarşısını almaq üçün kortikosteroidlərlə birlikdə keto pəhrizi təsirli ola bilər.


“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyovun sözlərinə görə, siçanlar üzərində aparılan təcrübələr yüksək yağlı, aşağı karbohidratlı pəhriz (keto pəhrizinə xas olan) sayəsində gəmiricilərin xəstəliyinin gedişində müsbət irəliləyiş olduğunu göstərib.

Çəki itirmək xərçəng xəstələrində daha çox yayılıb. Onlar o qədər zəifləyirlər ki, artıq xərçəng əleyhinə müalicənin öhdəsindən gələ bilmirlər.

Kaxeksiya kimi tanınan arıqlama zamanı xəstə əzələ və tez-tez yağ itirirlər. Xərçəng xəstəsi 10 nəfərdən səkkizində müəyyən dərəcədə kaxeksiya inkişaf edir.

Keto pəhrizi sağlam siçanlarda çəki itkisinə səbəb olsa da, metabolizm uyğunlaşır və sabitləşir.

Beləliklə, təcrübə göstərdi ki, xərçəng xəstələri keto pəhrizində olduqda və kortikosteroidlər verildikdə, şişlər kiçilib, kaxeksiya baş verməyib və daha uzun ömürlü olurlar.

Günay Quluzadə