Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

: “Ağrılı prosesdir, amma xoşbəxt qadınam” - FOTOLARXərçəngə qalib gələn qəhrəmanlar

  • 2017.09.16 13:14
  • 28675 Baxış
: “Ağrılı prosesdir, amma xoşbəxt qadınam” - FOTOLAR Xərçəngə qalib gələn qəhrəmanlar

Dünya sakinlərinin baş bəlası olan xərçəng olduqca ağır bir xəstəlikdir. Xərçəng xəstəliyi DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi ilə hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsində meydana gəlir.


Hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır. Digər ölkələrdə və öz ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkənlər olduqca çoxdur. Çox təəssüf ki, belə xəstələrin sayı hər ötən il artır və bir çoxu vəfat edir.


Çətin mübarizədə qalib gələnlər də olur, "məğlub” olanlar da... Bu xəstəlikdə sonuna qədər iradə, əzm göstərməyin önəmli olduğunu həkimlər də vurğulayır.

 

Medicina.az musavat.com-a istinadən son illərdə bu xəstəliyə qalib gələn insanların siyahısını təqdim edir:


Birinci sinfin ilk və son günü eyni fotoda... Bu balaca da xərçəng xəstəliyinə qalib gəlib. Həm də çox qısa bir vaxtda.




Bu gənc oğlan 1 il ərzində xəstəliyinə qalib gəlməyi bacarıb.



Bu qadın xəstəliyə qalib gələnlərdəndir. O, sağaldıqdan sonra yeni görkəmdə fotosunu sosial şəbəkədə paylaşaraq "Bir daha görüşməmək üzrə. İnanılmaz dönüşüm” deyə yazmışdı.




Bu gənc qız da xəstəliyi məğlub edib, lakin bir ayağını qurban vermək məcburiyyətində qalıb. Amma o, bundan heç də peşman deyil. O da sosial şəbəkələrdə fotosunu paylaşaraq bu sözləri qeyd etmişdi: "Bu gün tam 10 il oldu. Bu fotoda nə qədər yol qət etdiyim də görünür”.



Şopia adlı bu balaca 3 ilə yaxındır ki, xərçəng xəstəliyinə qalib gəlib.



 

Bu gənc oğlan xərçəng xəstəliyinin ən ağır növlərindən olan beyin xərçənginə qalib gəlməyi bacarıb. Tam sağaldıqdan sonra da fotosunu paylaşaraq zarafat edən gənc bunları qeyd etmişdi: "Beynimdəki şiş üçün yox, amma saçlarım üçün darıxıram”.




1999-cu ildən bu yana mükəmməl bir dəyişiklik. 4-cü dərəcəli xərçəng xəstəsi olan bu oğlana həkimlər yaşama ehtimalının az olduğunu demişdilər. Hazırda həyatdadır, normal yaşamını davam etdirir.




Bu üç qız bir yerdə xəstəliklərinə qalib gəliblər. Ralienin 3, Reanın 6, Anslinin isə 4 yaşı var. Onlar xəstə olan zaman və sağaldıqdan sonra bir yerdə foto çəkdiriblər. Hazırda qızların üçü də tam sağlamdır.




Bu gənc qıza da həkimlər 3 ay ömrü qaldığını demişdilər. Lakin o, əzmli mübarizəsi sayəsində özünü bu xəstəlikdə tam 1 ilə xilas edə bilib.




Uşaq vaxtı xəstəliyinə qalib gələn bu gənc hazırda fiziki görkəmi ilə seçilir. Hazırda idmanla məşğul olan gənc xəstəliyi haqqında bunları söyləyir: "16 il əvvəl xəstəxanada olanda bu günlərə gəlib çıxacağıma inana bilmirdim. Lakin cəsarətim və gücümlə bacardım”.




Bu gənc qız da xəstəliklə bağlı xatirələrini bölüşür: "Keçmişdə kim olduğumu, haradan gəldiyimi, necə mübarizə apardığımı əsla unutmayacam. Ağrılı, acılı bir prosesidir. Amma sonunda xoşbəxt bir qadınam”.

 



Bu gənc qız dörd əməliyyat, 55 kimyaterapiya və 28 radioterapiyadan sonra sağ qalmağı bacarıb.